Əsəd Moskvaya getdi - Putinlə gizli görüş

Əsəd Moskvaya getdi - Putinlə gizli görüş
  28 İyul 2016    Oxunub:3600
Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Livanın “Əl-Cümhuriyyə” qəzeti məlumat yayıb.

Məlumata görə, səfər əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.

Nəşrin xəbər verir ki, Əsəd İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl Moskvaya gəlib.

Netanyahu və Putin iyunun 7-də görüşüb.

Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunması da müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti