Ermənistanın sabiq deputatı qətldə ittiham edilir - YENİLƏNİB

Ermənistanın sabiq deputatı qətldə ittiham edilir - YENİLƏNİB
  05 May 2015    Oxunub:2623
Ermənistan parlamentinin sabiq deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü, sahibkar Qoar Yenokyan saxlanılıb.
AzVision.az Ermənistanın “News.am” saytına istinadən xəbər verir ki, sabiq deputat artıq təcridxanaya aparılıb.

Ona qarşı hansı ittihamın irəli sürüldüyü hələlik bəlli deyil. Yayılan məlumatlara əsasən cinayət işinin təhqiqatını xüsusi istintaq idarəsi aparır.

***
(16:40)

Ermənistan parlamentinin keçmiş deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü, sahibkar Qoar Enokyan qətl hazırlamaqda şübhəli bilindiyinə görə saxlanılıb.

AzVision.az news.am saytına istinadən xəbər verir ki, faktla bağlı istintaq işləri davam etdirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti