Ermənistanın sabiq baş naziri : `Atom silahımız var`

Ermənistanın sabiq baş naziri : `Atom silahımız var`
  29 Aprel 2016    Oxunub:18127
Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mətbuat konfransında jurnalistlər Baqratyandan bir neçə gün əvvəl işlətdiyi fikirlərə aydınlıq gətirilməsini istəyiblər.

Xatırladaq ki, Baqratyan demişdi ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür.

Baqratyan öz növbəsində bu barədə məsələyə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var". Ardınca Baqratyan əlavə edib: "Bizim atom silahımız var"-deyib.

Yada salaq ki, aprelin 16-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan ictimai televiziyanın efirində “Bizim döyüşdə tətbiq etmədiyimiz elə silah növlərimiz var ki, düşmənin heç ağlına da gəlməz”,- demişdi. Eyni fikri Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Artsrun Ovannisyan da səsləndirib.

Mövzu ilə bağlı həmçinin oxuyun:
Ermənistanın `çirkli bomba`sı var? – DOSYE



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti