Ermənistanın gizlədilən itkiləri - 26 əsgər itkin düşüb

Ermənistanın gizlədilən itkiləri - 26 əsgər itkin düşüb
  05 Aprel 2016    Oxunub:5490
Ermənistan cəbhə xəttindəki döyüşlərdə verdiyi itkiləri ictimaiyyətdən gizlətməyə davam edir.
AzVision.az-ın məlumatına görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi”nin mətbuat katibi Senor Asatryan bildirib ki, aprelin 2-də Dağlıq Qarabağda gedən döyüşlərdə erməni tərəfi 20 itki verib, 72 nəfər yaralanıb.

Onun sözlərinə görə, döyüşlər zamanı 26 erməni əsgəri itkin düşüb. O, erməni tərəfinin döyüşlərdə 7 tank itirdiyini deyib.

Senor Həsrətyan Ermənistanın “Mediamax” agentliyinə açıqlamasında deyib ki, hazırda erməni qüvvələr cənub istiqamətində (Füzuli-Xocavənd) 5, şimal istiqamətində (Ağdərə-Tərtər) isə 3 postunu itirib.

Azərbaycanın Müdafiə Nazirliyin məlumatına görə, döyüşlər zamaı erməni tərəfi 100-dən çox itki verib. Hətta dünyanın bir çox aparıcı KİV-ləri də Ermənistanın aprelin2-də keçirilən əməliyyatlar zamanı 100 hərbçi itirdiyini bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti