Ermənistanın eks-nazir müavini: `Ordumuz hər gün zəifləyir`

Ermənistanın eks-nazir müavini: `Ordumuz hər gün zəifləyir`
  29 Aprel 2016    Oxunub:4255
Ermənistanın müdafiə nazirinin sabiq müavini Andranik Koçaryan yüksək rütbəli hərbçilərin istefasına münasibət bildirib.

AzVision.az `Aravot` nəşrinə istinadən xəbər verir ki, Koçaryan dövlətin bundan sonar bir sıra işlər görməli olduğunu bildirib.

“Hökumət korrupsiya məsələsini həll etməlidir. Dözülməzlik təzahürləri göstərən cəmiyyət bütün bu prosesin iştirakçısı olduğundan hakimiyyətin məsələ ilə bağlı qərar verməsi olduqca vacibidir. Hakimiyyət nə qədər gec hərəkət etsə, vəziyyət bir o qədər də çətinləşəcək.

Ölkəmiz üçün ən pis olanı odur ki, biz hər gün zəifləyirik. Azərbaycan bizim zəif nöqtələrimizi tapıb. Bu zəifliyin sürətlə aradan qaldırılması sonrakı neqativ proseslərin qarşısını almağa imkan verəcək”.

Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən üç general tutduğu vəzifədən kənarlaşdırılıb. Buna səbəb kimi Ermənistanın sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar olması göstərilir.

3 erməni generalın vəzifələrindən qovulmasından sonra Ermənistanda təlaş yaşanır. Hətta bəzi iddialara görə, Seyran Ohanyanın da yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacağı planlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti