Ermənistanın dövlət borcu kəskin artır

Ermənistanın dövlət borcu kəskin artır
  27 May 2016    Oxunub:2494
Ermənistanın dövlət borcu sürətlə artır və yeni rekord imza atır.
AzVision.az xəbər verir ki, Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Ermənistanın Maliyyə Nazirliyinin dərc etdiyi məlumata əsasən, 2016-ci ilin mayında ölkənin dövlət borcu 5 milyard 252 milyon 200 min ABŞ dollarına yüksəlib. Nəşr qeyd edir ki, aprel ayı ərzində bu göstərici 56 milyon 100 ABŞ dolları həcmində artıb.

"Maraqlıdır ki, son ay ərzində dövlət borcunun artımının əsas hissəsi xarici borcun payına düşür. Bu göstərici 53 milyon 400 ABŞ dolları artıb. Bu iso anlama gəlir ki, Ermənistan iqtisadiyyatı beynəlxalq strukturların və maliyyə təşkilatlarının kreditləri hesabına mövcuddur", - deyə "Joxovurd" yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti