Ermənistanın daha bir əsgəri öldü

Ermənistanın daha bir əsgəri öldü
  30 İyun 2016    Oxunub:1440
Ermənistan ordusunda əsgər ölümü qeydə alınıb.
AzVision.az Anspress-ə istinadən bildirir ki, Artik Edgar Çaxalyan adlı əsgər boğulub.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib.

Məlumata görə, 20 yaşlı Çaxalyan süni göldə boğulub. Onun ölümü polisə sakinlər məlumat veriblər.

Xatırladaq ki, Ermənistan ordusunda son ölüm faktı iyunun 17-də qeydə alınmışdı. Həmin vaxt əsgər Hrant G.Qriqoryanın meyiti cəbhə xəttinin cənub istiqamətindəki təlim bölməsində tapılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti