Ermənistanın sabiq naziri ölkədən qaçdı - (VİDEOXƏBƏR)

Ermənistanın sabiq naziri ölkədən qaçdı - (VİDEOXƏBƏR)
  26 Yanvar 2017    Oxunub:4806
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb.

AzVision.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.

Xaçataryan ailəsi yaxın qohumları öldüyü üçün ABŞ-a getdiklərini deyib. Əslində isə Xaçatryanın Ermənistanda seçkiöncəsi başlaya biləcək qarayaxma kampaniyasından yayınmaqdan üçün ABŞ-a köçdüyü bildirilir.

Nəşrin xəbərinə görə, daha əvvəl erməni KİV-ində Qaqaik Xaçataryan və onun qardaşı oğlunun korrupsiyada ittiham olunması ilə bağlı məlumatlar yayılmışdı. Sonradan sabiq nazirin Los-Ancelesin Vestvud rayonunda dəbdəbəli villasının olduğu məlum olub.

“Hraparak” yazır ki, bu məlumatlar hökumətin arxivlərində qalır və lazım olan vaxt ona qarşı istifadə oluna bilər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti