Ermənistanın baş naziri Moskvaya gedib

Ermənistanın baş naziri Moskvaya gedib
  24 Yanvar 2017    Oxunub:1759
Ermənistanın baş naziri Karen Karapetyan Moskvaya səfərə gedib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Karapetyan Moskvaya rusiyalı həmkarı Dmitri Medvedyevin dəvəti ilə yola düşüb. Gün ərzində Karapetyanla Medvedyevin görüşü keçiriləcək.

Məlumata görə, görüşdə tərəflər Rusiya-Ermənistan arasında ikitərəfli əlaqələri, həmçinin regional məsələləri müzakirə edəcək.

Bundan əlavə, baş nazirlər Avrasiya İqtisadi Forumu çərçivəsində ölkələr arasında inteqrasiya və əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti