Ermənistanda sürücülər etiraza qalxdılar

Ermənistanda sürücülər etiraza qalxdılar
  02 Mart 2015    Oxunub:1365
Yerevanda yeni lisenziya üsulundan narazı qalan 100-dən çox taksi sürücüsü hökumət binasının qarşısına toplaşaraq, dünən qüvvəyə minmiş qanunun ləğvini tələb edirlər.

Həmçinin sürücülər lisenziyası olmayan avtomobillərə qarşı cərimələrin tətbiq olunmamasına etiraz edirlər.

Sürücülər etiraz aksiyasına öz maşınları ilə gələrək yolu bağlayıblar.

Sürücülərdən biri deyib ki, yeni qanuna əsasən lisenziyaya görə 12 min dram ödəməlidirlər: "Amma əslində məbləğ 12 min yox, 30 min dram təşkil edir, çünki biz təkcə lisenziyaya görə deyil, sayğac, qaza görə lisenziya və s. xərcləri də ödəməliyik".

Nümayişçilərə nəqliyyat və rabitə nazirinin müavini Artur Arakelyan yaxınlaşıb və onlara 5 nəfərdən ibarət qrup yaradaraq hökumət binasına daxil olmağı və məsələni müzakirə etməyi təklif edib (Trend).


Teqlər:  





Xəbər lenti