Ermənistanda rüşvətxor məmur həbs edildi

Ermənistanda rüşvətxor məmur həbs edildi
  05 Fevral 2016    Oxunub:1855
Ermənistanda vaxtı keçmiş məhsulların satışına icazə verilməsi üçün rüşvət tələb edən Kənd Təsərrüfatı yanında Qida Məhsulları Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları həbs edilib.
AzVision.az Ermənistanın `Qraparak` qəzetinə istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisinin mətbuat katibi Nvard Arakelyan bildirib.

““Newspress” portalı yazır ki, saxlanılanlardan biri Ermənistanın baş nazirinin müavini Vaçe Qabrielyanının bacısının əridir.

“Bizdə olan məlumata görə onun adı Armendir. O, yeni rəisin kadrıdır”, - deyə qəzet yazır.

Nəşr, həmçinin vurğulayır ki, saxlanılan şəxsin rəhbərliklə sıx əlaqələri olduğundan, məxsusi olaraq onun üçün dövlət orqanının strukturunda dəyişiklik edilib və yeni vəzifə ştatı yaradılıb.

Qəzetin əldə etdiyi məlumata görə, Dövlət xidmətinin əməkdaşları İrəvanın mərkəzində mağazalardan birinə baş çəkib və orada vaxtı keçmiş məhsullar aşkarlayıblar. Vaxtı keçmiş məhsulları zərərsizləşdirmək əvəzinə onlar rüşvət alaraq ərazini tərk ediblər.

Faktla bağlı istintaq işinin başlanıldığı və bununla əlaqədar iki nəfərin saxlanıldığı bildirilib.

“Qida Məhsulları Təhlükəsizliyi Dövlət Xidmətinə 2014-cü ildən Armen Arapetyan rəhbərlik edir. Mütəxəssislərin qiymətləndirməsinə görə, onun rəhbər təyin olmasından sonra qurumda korrupsiya halları artıb”, - deyə qəzet yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti