Ermənistanda referendumum keçiriləcəyi tarix bilindi

Ermənistanda referendumum keçiriləcəyi tarix bilindi
  06 Oktyabr 2015    Oxunub:2009
Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum 55-65 gün ərzində keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-nə müsahibəsində ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən parlament tərəfindən təsdiqlənən qanun layihəsi prezidentə təqdim edildikdən sonra ölkə başçısı 21 gün ərzində referendum günün təyin edəcək.

MSK sədri bildirib ki, Ermənistan prezidenti qanun layihəsinin dəyişikliklərin edilməsi və müzakirələrin aparılması üçün Milli Məclisə də geri göndərə bilər. Bu isə o anlama gəlir ki, referendum ən azı noyabrın 30-u, ən geci isə dekabrın 30-u baş tutar.

Qeyd edək ki, ötən gün Ermənistanın parlamentində deputatlar Konstitusiya islahatların keçirilməsinə dair qanun layihəsini dəstəkləyiblər.

Qanun layihəsinin lehinə 104, əleyhinə isə 10 nəfər səs verib. Daha üç deputat isə bu məsələdə bitərəf qalmağa qərar verib. Səsvermənin nəticələri elan olunduqdan sonra parlamentdə hay-küy qalxıb.

Ermənistan parlamentində səsvermənin getdiyi vaxt Konstitusiya dəyişikliyinin əleyhinə olan şəxslər parlament binasının qarşısında etiraz aksiyaları keçiriblər. Polislə aksiya iştirakçıları arasında toqquşma baş verib. Aksiya iştirakçılardan bəziləri xəsarət alıb. Xeyli sayda insan həbs olunub.

Yeni Konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq.

Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq.

Qeyd edək ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti