Ermənistanda kriminal avtoritet güllələndi

Ermənistanda kriminal avtoritet güllələndi
  04 Mart 2015    Oxunub:1635
Bu gün İrəvanın Nubaraşen rayonunda atışma olub.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

ilkin məlumata əsasən bir neçə şəxs “Nubaraşen” cəzaçəkmə müəssisəsinin qarşısında avtomatdan atəş açıb. Biri hadisə yerində, ikisi xəstəxanada olmaqla 3 nəfər ölüb. Hadisə yerinə xeyli sayda insan toplaşıb. Məlumatda ölən şəxsin cəsədinin hələ də hadisə yerindən təxliyə olunmadığı bildirilir. Həmin şəxsin başından güllələndiyi bildirilir.

Hadisə yerinə Yerevan polisinin rəisi Aşot Karapetyan da gəlib. Ölənlərin şəxsiyyəti barədə hələ rəsmi məlumat yoxdur.

Yayılan məlumatlara əsasən isə qətlə yetirilən şəxslərdən biri “Levik” ləqəbli kriminal avtoritetdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti