Ermənistanda böyük qiyam başlayır

Ermənistanda böyük qiyam başlayır
  28 May 2015    Oxunub:2533
İrəvan yenə qaynayır. Bu qaynama inkişafla bağlı deyil, əksinə, iqtidarın insanların qanayan yarasını qaynatmaqla bağlıdır. Ölkə ictimaiyyəti elektrik enerjisi tariflərinin artmasına qarşı etiraz edir.

Anspress-in məlumatına görə, Ermənistan paytaxtında ötən axşam minlərlə insan hakimiyyətdən elektrik enerjisinin qiymətlərini qaldırmamağı tələb etmək üçün Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları bu dəfə Serj iqtidarının istefaya səsləyən transparantlarla çıxıblar. Onlar işığın tariflərinin artım planlarını haqsız adlandıraraq, hakimiyyəti xalqdan intiqam almamağa, belə qeyri-insani davranışlardan əl çəkməyə, millətin xeyrinə ölçü götürülməsini çağırıblar.

Etiraz aksiyasının iştirakçıları Ermənistan prezidentinə və baş nazirinə yönəldilmiş tələblərini səsləndiriblər. Onlar, xüsusi halda, Serj Sarkisyana və Ovik Abramyana səhv yolda olduqlarını, ölkənin, vətəndaşların indiki bərbad günündə tarifləri qaldırmağın onlar üçün faciə olacağını, bütün bunları dərk edərək qiymətlərin azladılmasına nail olmaq üçün yeni yollar tapılmasına çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, əks təqdirdə, aksiyalar bütün ölkəni bürüyəcək, hətta vətəndaş itaətsizliyi göstərəcəklər.

Diqqət çəkən məqam odur ki, aksiyaya insanlarla yanaşı, əsas müxalifət partiyaları və Ermənistanın qeyri-hökumət təşkilatları da dəstək verir, həmçinin mitinqin və təntənəli yürüşün iştirakçılarına qoşulurlar.

Təntənəli yürüş başlayan andan aksiya təşkilatçıları elan ediblər ki, növbəti nümayiş geniş şəkildə iyunun 19-da daha kütləvi keçiriləcək. Elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı yönəldilmiş mitinqlər və təntənəli yürüşlər Ermənistanın başqa şəhərlərində də təşkil olunacaq.

Məlumdur ki, "Ermənistanın Elektrik Şəbəkələri" (EEŞ) şirkəti işığın tarifinin 40 faizdən çox artırılması haqqında Tarif Şurasına sifariş verib. EEŞ nümayəndələri belə addımın bu sahənin zərərlə işləməsi ilə əlaqələndirirlər. Xalq, ölkənin köklü siyasi və ictimai dairələri buna qarşıdır və qiymətlərin artırılması ilə bağlı əndişələrini söyləyirlər.

Vətəndaş birliklərinin və müxalifət nümayəndələrinin fikrincə, elektrik enerjisinə tariflər onsuz da ölkədə kifayət qədər yüksəkdir. Amma EEŞ rəhbərləri oğurladıqları, korrupsiyadan qazandıqları pulların yerini istehlakçıların hesabına kompensasiya etmək istəyirlər.



Teqlər:





Xəbər lenti