Ermənistanda bir neçə nazirlik ləğv olunur

Ermənistanda bir neçə nazirlik ləğv olunur
  27 Sentyabr 2016    Oxunub:3670
Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasında “Ermənistan hökumətinin strukturu” haqqında qanun layihəsi qəbul edilib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 77, əleyhinə isə iki deputat səs verib. 9 deputat isə fikir bildirməkdən imtina edib.

“Düzəlişlərə əsasən, Ermənistanda bir sıra nazirliklər və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Dörd nazirliyin tamamilə ləğv olunacaq”, - deyə Ermənistanın Ədliyyə naziri Arpine Ovannisyan çıxışında bildirib.

Onun sözlərinə görə, Energetika və Təbii Sərvətlər Nazirliyinin adı dəyişdirilərək Enerji İnfrastrukturu və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi isə İnvestisiya və Sahibkarlığa Yardım Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi isə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi olacaq. Şəhərsalma Nazirliyi isə ləğv olunacaq. Bu nazirliyin səlahiyyətləri Arxitektura və Tarixi – Mədəni Dəyərlərin qorunması üzrə Dövlət Komitəsinə veriləcək.

Ovannisyan vurğulayıb ki, dəyişikliklər hökumətin yeni prioritetləri ilə bağlıdır.

Parlamentin spikeri Qalust Saakyan bəyan edib ki, qanun layihəsinin müzakirəsi ikinci oxunuşda davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti