Ermənistanda Rusiyaya görə qaz ucuzlaşır

Ermənistanda Rusiyaya görə qaz ucuzlaşır
  31 May 2016    Oxunub:2258
Bu ilin avqust ayının birindən etibarən Ermənistanda qaz tarifləri aşağı salınacaq.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan İctimai Xidmətlərin Qiymətlərinin Tənzimlənməsi üzrə Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.

Məlumata əsasən avqustun birindən Ermənistan əhalisi qazın bir kubmetri üçün 156 dram (0,48) yox 146,7 (0,45 AZN) dram ödəyəcək.

Qeyd edək ki, aprelin 8-i Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti