Ermənistanda qız uşaqları məhv edilir - Dəhşətli faktlar

Ermənistanda qız uşaqları məhv edilir - Dəhşətli faktlar
  07 Yanvar 2017    Oxunub:15469
“31 yaşlı Məryəm Ermənistanda yaşayır. 3 qız övladı var. Hətta ikinci qızı dünyaya gəldikdən sonra 3-cü övladının oğlan olacağı ümidi ilə yaşayırmış. Lakin 3-cü övladının qız olacağını bildikdən sonra aborta əl atıb. Buna görə vicdan əzabı çəksə də, özünə haqq qazandırmağı bacarır:

“Mən yenidən qız övladmın olduğunu görmək istəmirəm. Əgər bu baş versə yenidən abrota gedəcəyəm. Mən bunu istəmirəm. Sosial problem digər tərəfdən sıxır bizi. Oğlan uşağı daha sərfəlidir”.



Hazırda Ermənistanda qadınların bir çoxunun düşüncəsi məhz belədir. Övladı nəslin davamçısı yox, pul kimi qəbul edirlər. Ermənistanda demoqrafiya və sağlamlıq məsələlərinin öyrənilməsi üzrə aparılmış araşdırma zamanı məlum olub ki, ölkədə 4 yaşdan 5 yaşadək uşaqların 14 faizi məcburi əməyə cəlb olunur, uşaqların 4,7 faizi isə ailə biznesi sahəsində işləyir.



Yalnız oğlan uşağı istəmək demokrafik vəziyyəti daha da gərginləşdirib. Çünki bu tendensiya 20 ildən çoxdur davam edir. Belə ki, 1990-cı ildə ölkədə 79 822 doğuş faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 44 825 təşkil edib. Bu ilin statiskas isə açıqlanmır. Ermənistanda demokratik problemlərin kökündə duran əsas faktorlardan biri miqrasiyadır. Son illər gənclər arasında işsizlik səviyyəsinin yüksək olması ciddi narahatlıq doğurur. Ölkədə ayrı-ayrı yaş qruplarında işsizlik 60 faizə çatıb. Bu aysberqin görünən tərəfidir. Lakin görünməyən tərəf əsas qadın kişi nisbətidir.

Gender bərabərliyi haqqında qlobal hesabatın məlumatına görə, Ermənistan 2016-ci ilin selektiv abortların sayına görə Çindən sonra dünyada ikinci ölkədir. Ermənistanda fəaliyyət göstərən BMT Fondunun nümayəndəsi Tarik Ayrapetyan bildirib ki, Ermənistanda süni abortlara səbəb uşaqların cinsidir. Hər il təxminən 1400 uşaq cinsinə görə məhv edilir. BMT-nin hesabatına əsasən, Ermənistanda doğulan oğlan uşaqların sayına görə bir çox ölkələri qabaqlayır.

Belə ki, 115 oğlana 100 qız düşür. Dünya üzrə orta göstərici 105 körpə oğlan, 100 qızdır. Bu fərq getdikcə artır. Halbuki, cinslər arasında ilk uşağın doğularkən nisbətən tarazlıdır, üçüncü uşağın doğulması ilə 173 oğlana 100 qız düşür.



Ermənistan qanunvericiliyinə görə, qadın uşağın cinsini müəyyən etmək mümkün olmadığı hamiləlik dövrünün 12 həftəsində abort edə bilər. Bu, onu göstərir ki, selektiv abortların əksəriyyəti qanunsuzdur və təhlükəlidir. Yalnız 57% qadın bilir ki, bu proses qanunsuz sayılır və bunu edən qadınların sağlamlıq üçün riskləri yüksək olur. İrəvanda Qadınlara Dəstək Mərkəzinin üzvü Cilozyan Ani deyib ki, ölkədə qanunlar effektli deyil. Onların işlək olması nəzarət müxanizmi yoxdur. Digər tərəfdən oğlan potensial pul mənbəyidir:



“Lakin bunun sonrası ölkəni pis vəziyyətə qoyacaq. Yaxın illərdə bunun qarşısı alınmasa, ölkədə qız çatışmazalığı yaranacaq. Nəticədə erməni kişilər qadın tərəfdaş axtarmaq üçün xaricə üz tutmalı olacaqlar. Digər tərəfdən qadın olmasa hansı uşaq dünyaya gələcək?

Proqnozlar göstərir ki, əgər bu məsələ həll olunmasa, ölkədə qadınların sayı yaxın illərdə 93 000 azalacaq. Onsuzda miqrasiya sürət həddini keçib. Sonda ölkənin demoqrafik tarazlığı təhlükə altına düşəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti