Ermənistanda məmur rüşvət üstündə tutuldu - (VİDEOXƏBƏR)

Ermənistanda məmur rüşvət üstündə tutuldu - (VİDEOXƏBƏR)
  08 Dekabr 2016    Oxunub:3507
İrəvan şəhər meriyasının şəhərsalma idarəsinin rəisi A.A (ad şərtidir-red) rüşvət almaqda ittiham olunaraq saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Bildirilib ki, bu ilin oktyabr-noyabr aylarında A.A şəxsən və ya vasitəçilərin yolu ilə ev, ticarət obyekti və ictimai xidmətlər obyektinin tikintisinin başa çatdırılması üzrə aktların verilməsi müqabilində böyük həcmdə vəsait istəyib və alıb.

Erməni məmura qarşı vəzifə səlahiyyətlərini aşaraq böyük həcmdə rüşvət alma maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, belə hal Ermənistanda ilk deyil. Bundan öncə də bir neçə erməni məmurun rüşvət alarkən saxlanılması haqda məlumat vermişdik.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti