Ermənistanda işsizlik kəskin artıb (VİDEOXƏBƏR)

Ermənistanda işsizlik kəskin artıb (VİDEOXƏBƏR)
  14 Fevral 2017    Oxunub:3296
Ermənistanda 2016-cı ilin yanvar-dekabr aylarında rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən insanların sayı 79 min 166 nəfər olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən 2015-ci ildə bu göstərici 73 min 295 nəfər olub.

Erməni KİV-i yazır ki, əslində ölkədə işsizlərin sayı rəsmi qurumların göstərdiyindən dəfələrlə çoxdur. Bu səbəbdən ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti