Ermənistanda hakim rüşvət alarkən tutuldu - Video

Ermənistanda hakim rüşvət alarkən tutuldu - Video
  28 Oktyabr 2016    Oxunub:3106
Ermənistanda İrəvan şəhər məhkəməsinin hakimi Şenqavit İhşan Barseqyan rüşvət alarkən həbs olunub.
AzVision.az erməni KİV-nə istinadən xəbər vərir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Hakim İrəvanda yeraltı keçidlərdən birində 1000 dollar məbləğində rüşvət alarkən saxlanılıb. Əməliyyat Ermənistanın Milli Təhlükəsizlik İdarəsi tərəfindən keçirilib.

Materiallar Ermənistan Prokurorluğuna göndərilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti