Ermənistana keçən türk çobanı ruslar tutdu

Ermənistana keçən türk çobanı ruslar tutdu
  05 May 2015    Oxunub:3291
Səhvən Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı mal-qarası ilə birlikdə saxlanılıb.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanda yerləşən Sərhəd İdarəsinin yaydığı məlumatda bildirilir.

“Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədini pozan şəxs saxlanılıb”, - deyə məlumatda vurğulanır.

Belə ki, həftə sonu Baqramyan yaşayış məntəqəsinin sakinindən iribuynuzlu mal-qaranın Türkiyə ərazisindən Ermənistana məlumat daxil olub. Bir neçə dəqiqə sonra sərhədçilər Ermənistan ərazisində otlayan 12 baş iribuynuzlu mal-qara aşkarlayıblar.

Axtarış tədbirləri nəticəsində kolluqda gizlənən 1999-cu il təvəllüdlü Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılan şəxs bildirib ki, o, mal-qaranı qaytarmaq üçün sərhədi qanunsuz formada keçib.

Beynəlxalq razılaşmalara əsasən sərhəd pozucu və 12 baş mal-qara Türkiyə tərəfinə təhvil verilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti