Ermənistan “DQR”i tanımaqdan imtina edir

Ermənistan “DQR”i tanımaqdan imtina edir
  04 May 2016    Oxunub:3260
“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.

Bunu İrəvanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib.

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda “DQR”-in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti