Ermənistan yaralı hərbçilərin müalicəsinə pul tapmır

Ermənistan yaralı hərbçilərin müalicəsinə pul tapmır
  25 May 2016    Oxunub:3090
Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində yaralanan əsgərlərin müalicəsi üçün maddi yardım göstərməkdən boyun qaçırır.

AzVision.az xəbər verir ki, müddətdən artıq hərbi ximətdə (MAXE) olan və aprel ayının əvvəlində cəbhədə baş verən döyüşdə ağır yaralanan Ruben Arakelyan imkansızlıqdan müalicəsini davam etdirə bilmir.

Aprel döyüşlərində yaralanan Rubenin müalicəsini Müdafiə Nazirliyi öz üzərinə götürsə də, sonradan müxtəlif bəhanələr gətirərək boyun qaçırıb.

Qeyd olunub ki, hazırda Ruben yalnız başını tərpədə bilir. Həkimlər isə bildirib ki, onun yenidən əməliyyat olunması üçün bədəninin tam hərəkət etdirməsi vacibdir.

Hərbçinin qohumu Rubena Narine Tumanyan deyib ki , R. Arakelyanın müalicəsi ancaq xaricdə mümkündür:

“O, hazırda Müdafiə Nazirliyinin hospitalındadır. Amma həkimlərimiz onu müalicə edə bilmirlər. Pul da yoxdur ki, xaricə göndərək. Nazirlik söz versə də, bir xəbər yoxdur. Kömək üçün dini liderimizə məktub yazmışıq. Görək, nə qədər pul yığılacaq”.

Xəbərdə qeyd olunub ki, artıq MAXE-nin müalicəsi üçün bankların birində hesab açılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti