Ermənistan xalqı ayağa qalxdı - FOTOLAR, VİDEO

Ermənistan xalqı ayağa qalxdı - FOTOLAR, VİDEO
  25 Oktyabr 2014    Oxunub:3549

Ermənistanda etiraz aksiyalarına start verilib.

İrəvanın mərkəzində keçirilən kütləvi etiraz aksiyalarında müxalifət partiyalarının liderləri çıxışlarında hökuməti sərt tənqid ediblər.

Mühalifət liderləri prezident Serj Sarkisyanı təcili istefa verməyə çağırıblar.

“İrs” partiyasının lideri Raffi Ovannisyan bildirib ki, hazırkı hökumət istefa verməlidir və 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə tələb edib ki, ölkədə iqtisadi sahədə təcili islahatlar həyata keçirilməlidir: "Mən 2009-cu ildə biznesi stimullaşdıran iqtisadi islahatların keçirilməsinə ehtiyac olduğunu demişdimm. Amma qulaq asan olmadı. Nəticədə işsizlik 43%-ə yüksəldi. 15 min müəssisə isə bağlandı".

...

"Çiçəklənən Ermənistan", "İrs" partiyaları və Erməıni Milli Konqresi növbəti kütləvi etiraz aksiyalarına başlayıb.

Erməni Milli Konqresinin lideri Levon ter Petrosyan aksiyada xalq qarşısında çıxış edib. O, Ermənistanın bu günkü vəziyyətinin ağır olmasında Serj Sarkisyanı ittiham edib.

Nümayişçilər Sarkisyanın istefasını tələb edir.

Partiya liderləri bəyan ediblər ki, onlar Sarkisyana qarşı İrəvanda hər həftə aksiyalar keçirəcəklər. Aksiyaların oktyabrın 31, noyabrın 7-i və 14-də keçiriləcəyi bildirilir. (ANS)



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti