Ermənistan ordusunda intihar şousu

Ermənistan ordusunda intihar şousu
  02 Mart 2015    Oxunub:1969
İntihar etdiyi bildirilən Ermənistan ordusunun 19 yaşlı əsgəri Albert Safaryanın ailəsi oğlunun özünə qəsd etməsinə inanmır.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-nə müsahibəsində əsgərin atası Emil Safaryan bildirib.

“Hərbi Komissarlıqda mənim oğlumun özünə qəsd etdiyini və məktub yazdığını bildirdilər. Məktubu mənə göstərmədilər, yalnız onun məzmununu açıqladılar. Guya əsgərin ailəsində problemlər olub və intihar da məhz bununla bağlıdır. Mən bu versiyaya inanmıram və həqiqəti aşkara çıxarmaq üçün hər şeyi edəcəyəm”, - deyə Safaryan bildirib.

Qeyd edək ki, erməni KİV-i fevralın 27-i Albert Safaryanın intihar etməsi barədə xəbər yayıb. Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti