Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir itki
  30 İyun 2016    Oxunub:2780
Ermənistanda hərbçi süni göldə batıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün saat 12:00 radələrində Nubaraşen Psixoloji klinikası yaxınlığında baş verib.

Məlumatda bildirilir ki, Artik şəhər sakini 20 yaşlı Edqar Çaxlayan göldə çimərkən batıb. Dalğıclar onun meyitini göldən çıxardıblar.

Meyiti tapılan şəxsin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət apardığı bildirilib. Qeyd edilib ki, əsgər sabah hərbi xidmətdən tərxis olacaqmış.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti