Ermənistan Rusiyaya pul göndərir - Silah almaq üçün

Ermənistan Rusiyaya pul göndərir - Silah almaq üçün
  29 Sentyabr 2016    Oxunub:1985
Ermənistan hökuməti Rusiyadan götürüləcək müdafiə krediti çərçivəsində əvvəlcədən ödəniş edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclas zamanı Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Seyran Ohanyan bildirib ki, 2 milyard 142 milyon rubl həcmində kreditin 10% və ya 241,2 milyonunu (5,2 milyon manat) ödənilməlidir: “Öncədən ödəniş kreditin cəlb olunması üçün, kreditin özü isə lazımı mühəndis və avtomobil texnikasının alınması üçün vacibdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti