Ermənistan ordusunda siqaret qadağan edilir

Ermənistan ordusunda siqaret qadağan edilir
  22 Fevral 2017    Oxunub:6463
Ermənistanda əsgərlərə siqaret və kibritin verilməsi qadağan olunacaq.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin fevralın 23-də keçirilən iclasında müzakirə olunacaq.

Qərarı müdafiə naziri Viqen Sarkisyan təqdim edəcək.

Yeni qərar Ermənistanın 2004-cü ildə ratifikasiya etdiyi Ümumdünya Səhiyyə Təşkilatının siqaretlə mübarizə üzrə çərçivə konvensiyası və Ermənistanın siqaretlə mübarizə üzrə dövlət proqramına uyğun olaraq hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti