Ermənistan daha bir əsgərini itirdi - (VİDEOXƏBƏR)

Ermənistan daha bir əsgərini itirdi - (VİDEOXƏBƏR)
  16 Yanvar 2017    Oxunub:4838
Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 16-da, saat 12:35 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1995-ci il təvəllüdlü Arayik İqor Sarkisyanın meyiti aşkar edilib.

Onun ağır güllə yarasından öldüyü bildirilir. Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.



Qeyd edək ki, bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan İrəvanda hərbi hospitalda ölüb.Hərbi hospital yerləşdirilən Vardanyanda beyin xərçəngi aşkarlanmışdı.

Qarik Vardanyan ötən ilin dekabrın 30-da Dağlıq Qarabağda baş verən atışma zamanı yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti