Ermənistan-Türkiyə sərhədinin açılmasında Qərbin rolu

Ermənistan-Türkiyə sərhədinin açılmasında Qərbin rolu
  27 İyul 2015    Oxunub:2980
Türkiyə-Ermənistan sərhədinin açılması layihəsində iştirak edən təşkilatı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri, Britaniya XİN, ABŞ Dövlət departamenti, həmçinin Azərbaycan rəhbərliyinə qarşı çıxışları ilə yadda qalmış IREX təşkilatı maliyyələşdirir.
Türkiyənin İŞİD terror qruplaşması və kürd silahlılarına qarşı hərbi əməliyyatı ABŞ başda olmaqla Qərb koalisiyasının özlərinin NATO üzrə əsas müttəfiqinin sərhədində illərlə artmaqda olan radikalizmi yatırmaq istəməməsinə cavabdır. Bunun əvəzində Avropa və ABŞ Türkiyənin daxilində 1915-ci il hadisələrinə yeni ictimai fikir formalaşdırmaq və Ermənistanla sərhədləri açmaq üçün zəmin hazırlamaq istiqamətində iş aparırlar.

Avropa və ABŞ diplomatik və siyasi səylərini işə salıb İrəvanı Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrini çıxarmağa və Azərbaycanın təklif etdiyi Dağlıq Qarabağ üçün yüksək muxtariyyət statusuna razılaşmağa inandırmaqla arzuladıqları Ermənistanla Türkiyənin normal münasibətlər qurmasına asanlıqla nail ola bilərdilər. Lakin, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqaməti əvəzinə ABŞ və Avropa operativ olaraq ötən ilin yanvarında Türkiyədə mahiyyətcə separatçı olan proqrama start verdilər. Bu proqramın adı «Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək»dir.



Proqramın sponsoru olan Avropa İttifaqı səkkiz Türkiyə və Ermənistan QHT-sindən ibarət konsorsiuma 18 ay müddətində 2 milyon dollar həcmində qrant ayırıb. Layihə 2014-cü ilin yanvarından 2015-ci ilin iyununadək reallaşıb. Layihənin əsas tərəfdaşları Avropa İttifaqı, həmçinin Aİ-nin Türkiyə, Gürcüstan, Ermənistandakı nümayəndələri və Avropa xarici layihələr xidmətidir (EEAS). Bu xidmət diplomatik qurumdur və Avropa İttifaqının xarici işlər və siyasət üzrə Ali nümayəndəsi Federika Mogeriniyə tabedir.

"Ermənistan-Türkiyə layihəsində" həmçinin Vaşinqtonda qərargahı olan Avrasiya Fondu (EF) yer alır. O, layihədə Ermənistandakı törəmə təşkilatı olan Avrasiya tərəfdaşlıq Fondu (EPF) vasitəsilə iştirak edir. Məlum olub ki, EF-in məsləhətçilər şurasına məşhur vaxtilə ABŞ dövlət katibləri olmuş amerikalı siyasətçilər- respublikaçı Ceyms Beyker və demokrat Madlen Olbrayt daxildirlər. Bu siyahıda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar da var.

Qərbin Ermənistanla sərhədin açılması və Ankaranın 1915-ci il hadisələri problemində güzəştə məcbur edilməsi məsələlərində iştirakının miqyası heyranedici səviyyədədir. Layihənin türk tərəfdaşlarının məşhur olmayan adlarının arxasında dünyanın gündəmini müəyyən edən ölkələrin xarici siyasət idarələri dayanır.

Türkiyənin Okan Universiteti proqramın elementlərindən birinin reallaşdırılmasına görə maliyyə alanlardan biridir. Tədris müəssisəsinin qəyyumları olan Okan Holding və Nurol Holding Türkiyədə nüfuzlu biznes strukturlardır. Qazaxıstan, Gürcüstan və digər bölgə ölkələrində dövlət və kommersiya sifarişlərini yerinə yetirirlər. Belə ciddi qəyyumları olan unversitetin "xeyirxah işlər" üçün cüzi qrantlar nəyinə lazımdır?

Bu sirrin cavabı sadədir. Okan Universiteti ayrılmış qrant çərçivəsində növbəti qeyri-hökumət təşkilatı - «Imagine Center for Conflict transformation» ilə əməkdaşlıq edib. Bu QHT-nin fiziki ünvanı və internet səhifəsində əlaqə məlumatları yoxdur (skrinşot-a bax).



Bu "kabus-QHT"nin necə ciddi təşkilatlar sırasına daxil olduğu məlum deyil. Lakin "kabus-QHT"nin donorlarının siyahısı daha böyük təəccüb doğurur. Təsəvvür edin ki, Türkiyə-Ermənistan sərhədinin açılması layihəsində iştirak edən təşkilatı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri, Britaniya XİN, ABŞ Dövlət departamenti, həmçinin Azərbaycan rəhbərliyinə qarşı çıxışları ilə yadda qalmış IREX təşkilatı maliyyələşdirir. Bu təşkilatın internet səhifəsinin skrinşotuna baxın.



Ön şərt, ikili standartlar, müəyyən ölkələrə qarşı simpatiya və antipatiya məsələlərini kənara qoyaq. Başqa bir məsələni qeyd etmək lazımdır — indi bir sıra Qərb ölkələrinin rəsmi səviyyədə Türkiyədə, bu ölkənin hökumətini Ermənistanla sərhədi açmağa və 1915-ci il məsələsində güzəştə getməyə məcbur etmək üçün ictimai fikrin formalaşdırılması texnologiyalarında iştirak etdiklərini deməyə əsas var? Onların son məqsədi nədir?

Hrant Dink Fonduna müraciət etməli

Bəlkə türk QHT-ləri, Avropa layihəsinin iştirakçıları Türkiyə cəmiyyətinin maraqlarını və ümumi balansı təmin ediblər? Təəssüf ki, yox. Etməyiblər.

Avropa layihəsinin əlaqə səhifəsinin skrinşotunda yazılır ki, Türkiyədə bütün qrant almaq istəyən QHT-lər… Hrant Dink Fonduna (!) müraciət etməlidirlər. Burada isə əsasən Türkiyə erməniləri təmsil olunurlar. Yazar və Türkiyədəki erməni icmasının lideri olmuş Hrant Dink bir neçə il əvvəl yerli millətçi tərəfindən qətlə yetirilib.



Hrant Dink Fondu, Anadolu Kültür, Türkiyənin iqtisadi siyasətini araşdırma Fondu (TEPAV) və Helsinki Vətəndaş Assambleyası (HCA) birlikdə bu layihədə türk tərəfini təmsil ediblər.

Anadolu Kültür çoxsaylı Avropa təşkilatları, Avropa İttifaqı, həmçinin erməni Qalust Gülbenkyanın fondunun dəstəyi ilə fəaliyyət göstərir. Fond "Ermənistan-Türkiyə Yaxınlaşmasına Dəstək" («Support Armenia-Turkey Rapprochement» – SATR») layihəsini reallaşmağa başlayandan Türkiyə-Ermənistan sərhədinin açılmasının lobbiçiliyini edən təşkilatları maliyyələşdirir. Bu layihəyə 2009-cu ildə İsveçrədə imzalanmış Ermənistan-Türkiyə protokollarının ratifikasiyası dondurulduqdan sonra start verilib.

Qalust Gülbenkyan Qərbi Yaxın Şərq neft ehtiyatları ilə tanış etmiş və bu ehtiyatları əldə etməkdə onlara kömək etmiş XIX-XX əsr iri neft maqnatıdır. O XX əsrin əvvəllərində Bakıda işləyib. Hazırda dünyanın 70-dən çox ölkəsində Gülbenkyanın fondunun yardımından istifadə olunur.

Türkiyənin «TEPAV» qeyri-hökumət təşkilatı iqtisadi və ticari əməkdaşlığın inkişafına yardım məqsədilə yaranıb. Lakin məlum olur ki, o ABŞ-ın özəl kəşfiyyat strukturu olan Stratfor-la, faktiki kölgə "MKİ"si ilə əməkdaşlıq edir. TEPAV və Stratfor-un elektron yazışmasının skrinşotu göstərir ki, TEPAV direktoru Güven Sak Stratfor-un üzvüdür.



STRATFOR dünya ölkələrinin ən yüksək hakim dairələrindən məlumat toplanılması və təhlilində ixtisaslaşır. Belə ki, misal üçün Stratfor-un türk üzvlərindən biri təşkilatın ABŞ-dakı qərargahına prezident Ərdoğanın Suriya üzrə məxfi telefon danışığının mətnini ötürüb.



Stratfor-un köməyi ilə ABŞ administrasiyası və qlobal korporasiyalar həmişə müxtəlif ölkələrin yüksək dairələrində baş verən hadisələrdən xəbərdardırlar.

Avropada amerikalı həmkarların yardımı ilə hazırlanmış proqramın tezisləri Türkiyə vətəndaş cəmiyyətinə deyil, ayrı-ayrı etnik qruplara yönəldilib. Belə ki, sahibi kürd iş adamı olan Türkiyənin IMC TV televiziyası Türkiyə kürdlərinin 1915-ci il hadisələri barədə fikirlərini öyrənmək üçün ünvanlı qrant alıb. Layihədə açıq şəkildə deyilir ki, bu qrant kürdlərin 1915-ci il hadisələrinə dair yaddaşlarını şövqləndirməli və təzələməlidir.



Proqram iştirakçılarını ətraflı nəzərdən keçirdikdə Qərb və Ermənistanlı iştirakçıların Türkiyəli iştirakçılardan çox olduğunun görürük. Birincilərin sırasında Azərbaycanı və onun rəhbərliyini mütəmadi tənqid edən, ölkədəki sabitliyi pozmaq cəhdləri üçün maliyyə ayıran təşkilatlar var.

Bunun sübutu kimi "sülh prosesi"nin daha bir iştirakçısını — İrəvandakı Qafqaz Araşdırmaçı Resurslar Mərkəzini (СRRC) göstərmək olar. Ermənistandakı filialın donorları Carnegie Center, USAID, NDI və SIDA-dır.



Burada öz səylərini Azərbaycandakı uğursuz rəngli inqilab cəhdlərinin "iş icraçıları" və ABŞ-ın ən qədim və iri donorlarından olan Karnegi korporasiyasının Nyu-Yorkdakı prezidenti Vartan Qreqoryanı birləşdiriblər.



İŞİD və kürd silahlıları: Qərbin Türkiyəni parçalamaq planları

Avropa İttifaqının patronajı altında ötən ilin əvvəlində başlamış erməni-türk yaxınlaşması proqramı ilk layihə deyil.

2009-cu ildə imzalanmış Ermənistan-Türkiyə protokollarının dondurulmasından sonra ilk layihə ortaya çıxır — “Support Armenia-Turkey Rapprochement” («SATR»), «Ermənistan-Türkiyə Yaxınlaşmasına Dəstək". Bu layihə çərçivəsində hətta Türkiyə və Ermənistan arasında 2 il davam edərək nəticəsiz bitmiş İrəvan-Van-İrəvan aviareysinin açılması barədə danışıqlar gedib.

2013-cü ildə USAID "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının iqtisadi perspektivləri" proqramı çərçivəsində erməni təşkilatları, fiziki şəxsləri və şirkətləri üçün $ 1 000 000 dollar həcmində qrant xətti açıb.



Türkiyənin iqtisadi siyasətini araşdırma Fondunun (TEPAV) məlumatına görə, «SATR» layihəsinin maliyyələşdirilməsinin 75%-dən çoxu ABŞ və avropalı mənbələrin hesabına baş verib.

2012-ci ilin yazında ABŞ-ın Kolumbiya İnstitutu Devid Filipsin (David L. Phillips) "Diplomatiya Tarixi: Türkiyə-Ermənistan protokolları" monoqramını dərc edib.



Hələ onda ABŞ-dan Türkiyəyə Ermənistanla əməkdaşlığı stimullaşdırmaq barədə — Turkish Airlines-in İrəvanda nümayəndəliyini açmaq, Qarsdan (Türkiyə) Ermənistana fiber-optik kabel çəkmək, birgə aqrar-sənaye zonalarını yaratmaq və onun məhsulunu ABŞ-a satmaq, tipli təkliflər gəlirdi.

Sadalanan faktlar onu göstərir ki, Türkiyə cəmiyyətinin geniş təbəqələri arasında ABŞ və Avropanın nüfuzlu dairələri tərəfindən dəstəklənən irimiqyaslı kampaniya aparılır. Qərb strateqləri türk cəmiyyəti üçün etnik əlamətlərə görə fərqli mesajlar formalaşdırırlar. Müəyyən şərtlər daxilində "belə oyunlar" monolit Türkiyə cəmiyyətinin ayrı-ayrı etnik qruplara bölünməsinin başlanması üçün şərait yarada bilər.

Faktiki olaraq, ABŞ və Qərbin müəyyən dairələri nəzarətlərində olan qeyri-hökumət təşkilatları və türk QHT-lərinin maliyyələşdirilməsi ilə Türkiyə hökumətini Ermənistanla bağlı məsələlərdə güzəştə məcbur etmək üçün ona daxildən təzyiqi artırırlar.

Belə çıxır ki, ABŞ və Avropada öz müttəfiqi Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçı siyasətinə qarşı çıxan və onunla sərhədi bağlayan rəsmi Ankaranın mövqeyini bölüşmürlər.

Türkiyənin siyasətini dəyişdirmək və ondan güzəştlərə nail olmağın azsaylı variantlarından biri onu uzunmüddətli hərbi əməliyyatlara təhrik etmək və zəiflətməkdir. İŞİD və kürd silahlıları bu missiya üçün ən uyğun gələn alətlərdir.

(Vüqar Xəlilov, Sputnik Azərbaycan-ın baş direktoru)




Teqlər:  





Xəbər lenti