Ermənilərlə gürcülər arasında silahlı insident - 2 ölü

Ermənilərlə gürcülər arasında silahlı insident - 2 ölü
  26 Oktyabr 2016    Oxunub:3069
Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.
Məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

İnsident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti