Ermənilərin yaydığı video saxtadır - Müdafiə Nazirliyi

Ermənilərin yaydığı video saxtadır - Müdafiə Nazirliyi
  28 Aprel 2016    Oxunub:5921
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-də yayılan videogörüntülərə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, videoda xüsusi effektlərdən istifadə edilib. "Amma çox delitantcasına hazırlanıb, dərin analiz eləmədən belə qurama olduğu bilinir. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydıqları şəkillər və videolar saxtadır və dezinformasiya xarakteri daşıyır`.



Qeyd edək ki, bir neçə saat əvvəl erməni KİV-də nəzarət kameralarının Azərbaycan tərəfinin Madagiz ərazisini bombaladığı barədə görüntü yayılıb. Artilleriya zərbələri nəticəsində Elektrik Stansiyasının zərər gördüyü bildirilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti