Ermənilərin güllələdiyi əhali - FOTOLAR

Ermənilərin güllələdiyi əhali - FOTOLAR
  29 Aprel 2016    Oxunub:3358
Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər. Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar.

Yaralıların vəziyyətinin sabit olduğu, müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı bildirilib.

Jurnalistlər Ermənistan silahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçirəcəklər.(Azərtac)

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti