Ermənilərin gülləbaran etdiyi toy - TƏFƏRRÜAT

Ermənilərin gülləbaran etdiyi toy - TƏFƏRRÜAT
  02 Sentyabr 2015    Oxunub:3323
Erməni silahlı bölmələrinin Tərtərin Qapanlı kəndində toy mağarını atəşə tutmasının təfərrüatları məlum olub.
Hadisə bu gün günorta saatlarında kənd sakini Bahadır Süleymanovun övladının toy məclisində baş verib.

Toy şənliyində iştirak edən iki bacı və onların nəvələri güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Güllə ilk olaraq 53 yaşlı kənd sakini Müşkünaz Əliyevanın sol qoluna dəyib. Sonra isə bacısı 47 yaşlı Mədinə Əhmədovanı qarın nahiyəsindən yaralayıb. Həmin vaxt Mədinə Əhmədovanın qucağında əyləşən nəvəsi Zəhra Əhmədova boyun nahiyəsindən yaralanıb.

Körpə qızcığazın yarası yüngül olduğundan, ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər yaralılar isə hələ də həkim nəzarətindədir. Həkimlər yaralıların həyati təhlükəsinin olmadığını deyir.

Hadisə baş verən zaman toy mağarında çal-çağır olduğundan atəş səsləri eşidilməyib.

Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Eyni zamanda cəbhənin həmin istiqamətində xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri də hadisə yerinə baş çəkiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Apa tv)




Teqlər:





Xəbər lenti