Ermənilərin ən çox qaçdığı ölkə

Ermənilərin ən çox qaçdığı ölkə
  22 Dekabr 2014    Oxunub:1802
Erməni gənclərinin 15%-i ölkəni tərk edəcəyindən tam əmindir və 7%-i artıq əmək miqrasiyası istiqamətində addımlar atıb.
Bu barədə Ermənistanın “Armenianreport” portalının bu gün dərc etdiyi məqalədə bildirilir. Ermənistan iki qeyri-hökumət təşkilatı (QHT) tərəfindən 1577 gənc (59% kişi və 41% qadın) arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəyi soruşulanların 92%-i Rusiyada işləməyə üstünlük verdiyini bildirib. Ermənistanı tərk edəcəyini deyənlərin 61%-i oğlan, 39%-i isə qızdır.

2014-cü ilin noyabr ayına olan vəziyyətə görə, Rusiyada 514.5 min Ermənistan vətəndaşı var. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan vətəndaşlarının 431 min nəfərinin yaşı 18-59 arasında dəyişir.

Ermənistan gənclərini Rusiyaya getməyə meylləndirən məsələ yanvarın 1-dən bu ölkədə Ermənistan vətəndaşları üçün tətbiq edilən güzəştlərdir. Bu ölkənin vətəndaşları ilk 30 gün ərzində müvəqqəti qeydiyyat məcburiyyətindən azad ediliblər və iş icazəsi olmadan işləyə biləcəklər. Erməni miqrantların Rusiyada qalmaq icazəsi də 150 günə qaldırılıb. (Ans)


Teqlər:  





Xəbər lenti