Ermənilərin Tərtərdə dağıtdığı evlər - YENİ FOTOLAR

Ermənilərin Tərtərdə dağıtdığı evlər - YENİ FOTOLAR
  28 Aprel 2016    Oxunub:11587
Xəbər verdiyimiz kimi, ötən gün axşam saat 23:00 radələrindən başlayaraq erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub.

Artilleriya atəşi fasilələrlə saat 04:00-a qədər davam edib. Tərtərin mərkəzi də daxil olmaqla 11 yaşayış məntəqəsi düşmən tərəfindən ağır artilleriya atəşinə tutulub.

Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov AzVision.az-a bildirib ki, düşmən tərəfindən Qapanlı kəndində 2 ev tamamilə dağılıb: “Ermənilərin açdıqları atəş nəticəsində Qarağacı kəndində isə 11 ev dağılıb. Bundan əlavə əkin sahələrinə də ziyan dəyib. Xeyli sayda mal-qara tələf olub”.

Qapanlı kəndinin sakini Tanrıverdiyev Elburus gecə saatlarında yaşadığı evin ermənilər tərəfindən atəşə məruz qaldığını bildirib.



“Atışma gedən vaxt hamımız evdə idik. Birdən evin üstünə nəsə düşdü. Tez bayıra çıxdıq. Divarlar uçmuşdu. Ermənilər evimizə top atmışdılar. Bütün bunlara baxmayraq biz evimizi tərk etməmişik. Ordumuzun gücünə inanırıq”.

Tərtərin icra başçısı Müstəqim Məmmədov AzVision.az-a açıqlamasında Tərtərdə ümumilikdə 51 evə ziyan dəydiyini bildirib.

“Düşmən təxribatı nəticəsində Tərtərdə 51 evə ziyan dəyib. Həmçinin atılan mərmilər 2 məktəb, 1 mağazaya ziyan vurub.



Hazırda 18 kənd işıqsız qalıb, elektrik xətləri sıradan çıxarılıb. Düşmən təxribatı nəticəsinə həmçinin Qazyan və Hacıqərvənd kəndlərinin qaz xətləri sıradan çıxıb.Vətəndaşlar arasında yaralananlar yoxdur”.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti