Ermənilər və ruslar eyni vaxtda təlimə başladı

Ermənilər və ruslar eyni vaxtda təlimə başladı
  09 Fevral 2016    Oxunub:2044
`Ermənistan Müdafiə Nazirliyinin beşinci ordu korpusunun və Rusiyanın 102-ci hərbi bazasının eyni gündə hərbi təlimə başlaması sırf təsadüfdür`.
AzVision.az `news.am`-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, əvvəlcədən hazırlanan planda gözlənilməz yoxlamalara da yer verilib: “Beşinci ordu korpusunun və Rusiyanın 102-ci hərbi bazasının eyni gündə hərbi təlimə başlaması sırf təsadüfdür”.

Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlanlmasına başlanılıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti