Ermənilər "Qarabağ"a təxribat hazırlayır

Ermənilər "Qarabağ"a təxribat hazırlayır
  27 Noyabr 2014    Oxunub:1942
Noyabrın 27-dən 28-nə keçən gecə baş tutacaq “Sent-Etyen” – “Qarabağ” oyununda erməni təxribatı təhlükəsi var.

Avroliqanın qrup oyununu 100-ə yaxın erməninin izləyəcəyi ehtimal edilir ki, onların da aralarında təxribatameyilliləri çoxdu.

Fransadakı erməni lobbisi qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmağı, tribunalara Azərbaycan əleyhinə plakatlar keçirməyi qarşısına məqsəd qoyub.

Təhlükəsizlik xidməti işini lazımınca görməsə, təmsilçimiz təxribatdan qaça bilməyəcək.

Xatırladaq ki, görüş sabah, Bakı vaxtı ilə 00.05-də Sent-Etyen şəhərindəki “Joffrua Qişar” stadionunda baş tutacaq.(Ans)



Teqlər:





Xəbər lenti