Ermənilər Türk bayrağını yandırdı

Ermənilər Türk bayrağını yandırdı
  25 Aprel 2015    Oxunub:2882
Qüdsdə yaşayan ermənilər Türkiyə Baş konsulluğuna hücum ediblər.
Ermənilər 1915-ci il hadisələri ilə bağlı təşkil etdikləri yürüş zamanı Baş konsulluğun önünə gəliblər.

Müxtəlif şüarlar səsləndiriblər. Bununla kifayətlənməyən ermənilər Baş konsulluğun önündə Türkiyə bayrağını yandırıblar.

Qüdsdə təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib. Ermənilər Baş konsulluğun önündən uzaqlaşdırılıb.

Qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin gün üzünə çıxarılması üçün bütün arxivlərini açmağa hazırdır. Lakin Ermənistan tərəfi hər dəfə bundan imtina edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, erməni diasporunun 1915-ci il hadisələrini siyasiləşdirməyə çalışması ermənilər üçün böyük zərər verəcək. (Ans)


Teqlər:





Xəbər lenti