Ermənilər Bakıya gəlməyəcək

Ermənilər Bakıya gəlməyəcək
  21 Avqust 2014    Oxunub:1669
Ermənistanın şahmat üzrə yığması Bakıda Ümumdünya şahmat olimpiadasında iştirak etməyəcək.
Bu haqda şahmat üzrə qadınlardan ibarət Ermənistan yığmasının əsas məşqçisi Artur Çibuxçyan bildirib.

"Çox güman ki, əgər heç bir dəyişiklik olmayacaqsa, özünüz anlayırsınız ki, Bakıya getmək üçün heç bir imkan yoxdur", - deyə Çibuxçyan "Xəbər-Ermənistan" agentliyinə bildirib.

Qarşıdakı planlara gəlincə, əsas məşqçinin sözlərinə görə, yığma növbəti ildə Avropa və dünya komanda çempionatlarına hazırlanacaq.

Öz növbəsində Ermənistan yığmasının lideri Elina Danielyan bildirib ki, Bakıda şahmat olimpiadasında iştirak haqqında suala onun keçirilməsi vaxtı cavab verəcək.

Bununla belə o qeyd edib ki, hərçənd erməni idmançıları Bakıda başqa idman növləri üzrə çempionatlarda iştirak ediblər, ancaq şahmat olimpiadasından fərqli olaraq bu yarışlar daha tez baş tutandır.


Teqlər:  





Xəbər lenti