Ermənilər Bakıya gəlir

Ermənilər Bakıya gəlir
  23 May 2015    Oxunub:3832
Sərbəst güləş üzrə Ermənistan yığmasının Bakıya gətiriləcəyi heyəti açıqlanıb.
Ermənistan Bakıda keçiriləcək I Avropa Oyunlarına 6 çəki dərəcəsində qatılacaq.

Bunlardan ağır çəkilililəri Dağıstan və Gürcüstandan gətirilmiş milliləşdirilmiş idmançılardır: Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Safaryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtazəliyev (86 kq) və Levan Berianidzedir (125 kq). Ermənistanın sərbəst güləşçiləri iyunun 15-i Bakıya yollanacaq. Buna kimi isə onlar Ermənistanın paytaxtı İrəvandakı "Aşxatank" idman kompleksində hazırlaşacaqlar.

Adıçəkilən sayta açıqlama verən yığmanın baş məşqçisi Araik Baqdadyan ölkəmizə medal qazanmaq üçün gələcəklərini bildirib: "Bakıya medal qazanmağa görə gedirik. Bütün uşaqlar son saniyəyədək döyüşməyə hazırdır. "Əsas iştirakdır" prinsipi ilə hərəkət etməyəcəyik. Vaxt hər şeyi göstərəcək. Yığmanı mən çalışdıracağam. Bizimlə daha 3 məşqçi, David Safaryanın şəxsi məşqçisi və həkimimiz olacaq".

Qeyd edək ki, bunadək Ermənistanın Bakıya gətirəcəyi boks, yunan-Roma güləşi, atıcılıq və cüdo yığmalarının heyəti açıqlanmışdı. (Ans)


Teqlər:





Xəbər lenti