Ermənilər Azərbaycanla sərhəddən kütləvi şəkildə qaçır

Ermənilər Azərbaycanla sərhəddən kütləvi şəkildə qaçır
  28 Avqust 2015    Oxunub:3590
Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş rayonunun kəndlərində bu tədris ili birinci sinfə gedən şagirdlərin sayı çox az olacaq.

Bu kəndlərdə daima atışma baş verir, əhali başqa yerlərə köçür və məktəblərdə şagirdlərin sayı sürətlə azalır.
Məsələn, rayonun Barekamavan kəndində bu il cəmi iki nəfər birinci sinfə gedəcək.

Məktəbin direktoru Asthik Azatyan “Lragir.am” saytına müsahibəsində bildirib ki, onlar üçün ayrıca sinif təşkil olunmayacaq.

“2 sinif əvəzinə hazırda 5 sinif təşkil olunub. Birinci, ikinci və dördüncü sinif şagirdləri birlikdə oxuyacaqlar. Məktəbdə ümumiyyətlə 3-cü sinif yoxdur. Bizim məktəbdə 23 şagird oxuyur. Mən özüm məktəbdə oxuyanda isə təkcə sinfimizdə 36 şagird var idi, partalar çatışmırdı. Hazırda isə partalar çox, şagirdlər isə yoxdur. Kənddə sosial problemlər həll olunmur və insanlar buradan gedirlər. Məktəbdə səssizlik olanda çox qorxuram “, - deyə direktor bildirib.

Artıq bir neçə ildir ki, sərhədyanı məktəblər xüsusi status və xüsusi qaydada maliyyələşdirmə tələb edir. Bu arada şagirdlərin sayının azalması ilə bu tip məktəblərin maliyyələşməsi də azalır. Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndində isə bu il cəmi 5 nəfər birinci sinfə gedəcək.

Ümumilikdə məktəbə gedən şagirdlərin ümumi sayı 60-a çatır.

Çinarı kəndində isə, birinci sinif şagirdlərinin sayı 7, ümumi şagirdlərin sayı isə 100-ə çatır.
Movses kəndində isə bu il 10 nəfər birinci sinfə gedəcək. Əvvəllər bu kəndin məktəbində 1000 nəfər oxuyurdusa, hazırda məktəbdə təhsil alanların sayı 125-ə güclə çatır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti