Ermənilər Avropa İttifaqının bayrağını cırdı

Ermənilər Avropa İttifaqının bayrağını cırdı
  03 İyul 2015    Oxunub:2577
Etirazçılar Milli Birlik Partiyasının lideri Paruyr Ayrikyan başda olmaqla bir qrupun Yerevanda etiraz aksiyası keçirilən Baqramyan prospektinə Avropa İttifaqının (Aİ) bayrağı ilə daxil olmasına imkan verməyib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ayrikyanın rəhbərlik etdiyi qrup barrikadalara yaxınlaşan zaman etirazçılar "Yalnız üçrəngli bayraq, bura Avropa deyil, Ermənistandır" şüarı səsləndiriblər.

Məlumatda qeyd olunur ki, sonra etiraz aksiyasının iştirakçıları əlində Avropa İttifaqının bayrağını tutan şəxslərə hücum edərək, onların əllərindəki bayrağı alıb və cırıblar.

“Mən öz missiyamı həyata keçirdim. Kim dedi ki, bu aksiyanı siyasiləşdirmək lazım deyil? Bayrağın yığışdırılmasını tələb edənlər azad sözə, düşüncəyə hazır deyillər və KQB agenturasına xidmət edirlərş Lakin mən onları düzgün yola gətirməliyəm. Avropa sivilizasiyası bizim sonuncu ümidimizdir. Bizim tərəfdaşlarımız İnsan Haqları üzrə məhkəməyə müraciət ediblər”, - deyə Ayrikyan bildirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti