Erməni vəhşiliyinin sübutu - Ağdamdan yeni FOTOLAR

Erməni vəhşiliyinin sübutu - Ağdamdan yeni FOTOLAR
  01 May 2016    Oxunub:4327
Erməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun ziyan dəyən kəndlərindən biri də Əfətli kəndidir.

Bu kəndə ümumilikdə 60-a yaxın mərmi düşüb. “Qara inək” fermer təsərrüfatına və 22 evə ziyan dəyib, o cümlədən 2 ev tam, 1 ev qismən dağılıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 1 nəfər yaralanıb.



Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində evi dağılan kənd sakini Zəfər İbrahimov deyib: “Həmin gecə bizim evə iki qrad mərmisi düşüb. Birinci mərmi evin bir divarından girib, digər divarını dağıdaraq keçib. İkinci mərmi də eyni istiqamətdən girərək evin döşəməsində partlayıb. Evimiz dağılıb, içəridə olan əşyalar yararsız hala düşüb”.



Kəndin digər sakini Əliağa Əliyevin evinə düşən mərmi isə xoşbəxtlikdən partlamayıb. Ə.Əliyev həmin gecəni belə xatırlayır: “Gecə ermənilər kəndi atəşə tutmağa başlayanda yuxudan oyandıq. Təxminən gecə saat 3-də ermənilərin atdığı top mərmisi evin üstünü deşib, mətbəxdən keçərək divarı dağıdıb çölə çıxdı. Bizi Allah qorudu ki, mərmi partlamadı”. (Azərtac)









AzVision.az


Teqlər:  





Xəbər lenti