Erməni vandallığını ifşa edən sayt - FOTOLAR

Erməni vandallığını ifşa edən sayt - FOTOLAR
  28 Yanvar 2015    Oxunub:5855
Bu gün Prezident kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” (vandalism.preslib.az) saytının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan və ingilis dilində hazırlanan sayt işğal olunmuş Azərbaycan ərazilərində qalan, maddi və mədəni sərvət sayılan tarixi abidələr barədə materialları, fotoşəkilləri özündə əks etdirir.

Kitabxananın direktoru Mayıl Əhmədov çıxışında yeni yaradılan saytın əhəmiyyətindən danışıb və vurğulayıb ki, saytda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi istisna olamqla Dağlıq Qarabağ münaqişəsi zamanı işğal altında qalan ərazilərimizdəki 800-ə yaxın abidənin 200-dən çoxunun işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar yer alıb və həmin abidələr haqda qısa məlumatlar dərc edilib:

“Elektron layihənin “Abidələrimiz” fəslində Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər, Qazax rayonlarında və Qərbi Azərbaycanda (indiki Ermənsitan) ərazisində ermənilərin maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqlardan bəhs edir. “Fotoittiham” fəslində isə erməni vandalizminin əyani görüntülərini özündə əks etdirən 160-dan artıq şəkillər yerləşdirilib”.

Təqdimat mərasimində iştirak edən tarixçilər elektron layihəni müzakirə edib, tənqid və təkliflərini səsləndiriblər.

Tarix elmləri doktoru, professor Yaqub Mahmudov yeni elektron layihənin informasiya müharibəsi dövründə mühüm əhəmiyyəti olduğunu vurğulayıb, irəli atılmış addım kimi qiymətləndirib.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli isə çıxışında saytın ingilis dilində versiyasının hazırlanmasını yüksək qiymətləndirib:

“Bu, çox mühüm əhəmiyyətə malikdir. Təklif edirəm ki, sayta “armenian vandalism” kimi açar sözlər də daxil edilsin ki, internetdə axtarış zamanı saytın tapılmasını asanlaşdırsın”.

Tarixçilərin elektron alyihələri ilə bağlı müzakirəsi davam edib.

Fatimə Kərimli
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti