Çoban erməni polisi ölümcül döydü

Çoban erməni polisi ölümcül döydü
  23 Oktyabr 2014    Oxunub:4018
Ermənistanda çoban polis əməkdaşını döyərək onun silahını əlindən alıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hadisə ötən gün yerli vaxtla saat 19:50-də baş verib. Çoban polis əməkdaşı Vardan Qevorkyanı əl ağacı ilə döyüb. Daha sonra o polisin bayıldığını görərək onun “Makarov” tipli silahını götürüb.

Hadisə yerinə başda polis idarəsinin rəis müavini Unan Poqosyanda daxil olmaqla operativ qrup göndərilib. Daha sonra polisə 1985-ci il təvəllüdlü Sevak İspiryan adlı çobanın hücum etdiyi məlum olub.

Çoban yeri müəyyənləşdirilib. Lakin o, polislərə təslim olmayıb. Polislər istiqamətinə atəş açan Sevak İspiryan kəndə qaçaraq, evində gizlənib və polisləri təhdid etməyə başlayıb. İki saat davam edən danışıqlardan sonra polislər silgin çobanı zərərsizləşdirib. Hazırda faktla bağlı araşırmalara başlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti