Erməni idmançı Bakıda 43 min dollar uddu

Erməni idmançı Bakıda 43 min dollar uddu
  02 Avqust 2015    Oxunub:3641
Bakıda keçirilən "Baku Cup 2015" tennis turniri sona yaxınlaşır.
AzVision.az sport7.az-a istinadən xəbər verir ki, artıq təkli yarışların qalibi məlumdur. Rusiyanı təmsil edən erməni əsilli Marqarita Qasparyan rəqiblərini qabaqlayıb. 20 yaşlı idmançı finalda rumıniyalı Patrisiya Mariyani məğlub edib - 2:1 (6:3, 5:7, 6:0) hesabı ilə 43 min dollar dəyərində mükafata sahib çıxıb.

Bu, Qasparyanın karyerasındakı ən böyük uğurdur. O, ilk dəfə olaraq WTA seriyalı turnirin qalibi olub.

Hazırda cütlüklərin yarışı davam edir. Qasparyanın burda da qalib olmaq şansı var. Belə olarsa o, büdcəsini daha 12500 dollar zənginləşdirəcək.


Teqlər:  





Xəbər lenti