Erməni generallar həbs ediləcək - Anons verildi

Erməni generallar həbs ediləcək - Anons verildi
  31 May 2016    Oxunub:2292
“Orduda müəyyən çatışmazlıqlar var və bu çatışmazlıqlara cavabdeh olan şəxslər həbs olunmalıdır”
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının həbs olunması faktını şərh edərkən bildirib.

Baqdasaryan bəyan edib ki, Ermənistan hakimiyyəti orduda korrupsiya hallarını aradan qaldırmaq niyyətindədir: “Yalnız orduda deyil, bütün sahələrdə korrupsiyanın kökünü kəsmək üçün sona qədər getmək lazımdır”.

“Faktiki olaraq müharibə şəraitində olan ölkə ordusunda korrupsiya halları ilə bağlı general və polkovniklərin tutulması hakimiyyətə çatışmazlıqların olmasını göstərirmi?” sualına Baqdasaryan belə cavablandırıb: “Bu suala cavab verərkən tələsmək lazım deyil, gəlin prosesin nə ilə bitəcəyini gözləyək”.

Erməni ekspertlərin fikrincə, orduda yüksək vəzifəli zabitlərin həbs dalğası davam edəcək. Hədəfdə olanlar arasında generalların olacağı istisna deyil.

Qeyd edək ki, aprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

Bundan əlavə mayın 18-də Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə ettmə maddəsi ilə cinayət işi açılıb. İstintaq Komitəsinin məlumatına görə, onun qarşında ittihamlar irəli sürülüb.
Aprel döyüşlərindən sonra Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub. Buna səbəb isə 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti