Erməni dostundan Leyla Yunusa məktub

Erməni dostundan Leyla Yunusa məktub
  28 Noyabr 2014    Oxunub:1741
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Leyla Yunusa Ermənistandan məktub gəlib. Məktubun müəllifi Ermənistanın "Region" Tədqiqat Mərkəzinin direktoru, jurnalist Laura Baqdasariyandır.
Baqdasariyan məktubunda Leyla Yunusun həbsindən və səhhətindən narahat olduğunu ifadə edib.

O, Azadlıq Radiosunun erməni xidmətinə deyib ki, uzun müddətdir Leyla Yunusa məktub yazmaq istəsə də buna tərəddüd edib:

"Leyla Yunusla bağlı belə bir məktubu yazanda tərəddüdlü idim. Yerevandan L.Yunusa dəstək və simpatiya kimi qələmə verilə, bu da onun vəziyyətini daha da ağırlaşdırardı”.

Qeyd edək ki, Laura Baqdasariyanın adı Leyla Yunusla yanaşı dövlətə xəyanətdə ittiham edilən Rauf Mirqədirovun da cinayət işində hallanır. O, bundan öncəki açıqlamalarında R.Mirqədirov və Leyla Yunusla əlaqələrinin olduğunu danmamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti