Erməni diversanta 15 il həbs verildi

Erməni diversanta 15 il həbs verildi
  05 May 2015    Oxunub:1968
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesinə yekun vurulub.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verib ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə A.Baqdasaryana hökm oxunub. Hökmə əsasən, erməni kəşfiyyatçı 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti